RU

İndoneziyada Semeru VulkanıPÜSKÜRDÜ

İndoneziyanın Cava Adasının şərqində yerləşən, 3 min 676 metr hündürlüyündəki Semeru Vulkanında partlayış baş verib.

Redaktor.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Malanq və Lumacanq bölgələrinin sərhədində yerləşən vulkan yerli vaxtla saat 06:21-də püskürüb.

Semeru Vulkanı Müşahidə Stansiyasının rəsmisi Siqit Rian Alfian bildirib ki, püskürmə nəticəsində kül buludu dəniz səviyyəsindən 4 min 776 metr yüksəkliyə çatıb.

Rəsmi, bölgə sakinlərinə təhlükəsiz ərazilərə keçmək barədə xəbərdarlıq edərək vulkanın püskürməsi zamanı ətrafa daş parçalarının sıçraya biləcəyini qeyd edib.

Kənan YUSİF 

Избранный
14
3
redaktor.az

4Источники