RU

Aydan qopan sirli parça: 2024 PT5

Aydan qopan sirli parça: 2024 PT5

Astronomlar bu yaxınlarda müşahidə edilən və mini-ay adlandırılan 2024 PT5 adlı asteroidin əslində aydan qopmuş bir parça ola biləcəyini irəli sürürlər.2024 PT5 diametri 33 fut (10 metr) olan və günəş ətrafında fırlanan səma cismi kimi müəyyən edilmişdir. Onun orbital quruluşunun Yer kürəsinə bənzədiyi və buna görə də bizim səma bölgəsindən gəlmiş ola biləcəyi bildirilir.Avqustun 7-də ilk dəfə ATLAS teleskop sistemləri tərəfindən müşahidə edilən bu obyekt aydan qopan və min illər əvvələ aid bir parça ola bilər.Dr. Tedi Kareta və komandası "Lowell" kəşfiyyat teleskopu və NASA-nın Havaydakı infraqırmızı teleskop obyektindən istifadə edərək, meteoritin ay səthindən toplanan qayalara çox bənzədiyini bildirib."2024 PT5 aydan gələn silikat minerallarına uyğundur və yalnız bir neçə min il yaşı var" deyən Kareta, bu tapıntının nadir, lakin artan ay meteoritləri populyasiyasına işıq tutduğunu söyləyib.Tədqiqatçılar bu meteoritin kosmik zibil olub-olmadığını müəyyən etmək üçün onun hərəkətlərini diqqətlə öyrəniblər. NASA mütəxəssisləri təsdiqləyiblər ki, 2024 PT5 asteroidin hərəkətinə uyğun sıxlıq və davranış nümayiş etdirir.Tədqiqatlar göstərir ki, ayın səthindəki təsir hadisələri ayın fraqmentlərini yerə yaxın orbitə daşıya bilər. 2024 PT5 aydan qoparaq yerə bənzər orbitə sahib olan ikinci obyekt kimi qeydə alınıb. Daha öncə 2016-cı ildə kəşf edilən 469219 "Kamo'oalewa" da oxşar hekayəyə sahibdi.Bu tapıntı aydan qopan meteoritləri anlamaq və ayın səth quruluşu haqqında daha çox məlumat vermək üçün yeni araşdırmalara təkan verə bilər.

Избранный
9
afn.az

1Источники