Braziliya qeyri-qanuni mühacirləri əlləri qandallı şəkildə deportasiya edən ABŞ-ın Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Eskobarı Xarici İşlər Nazirliyinə çağırıb.Yerli mətbuatın məlumatına görə, Braziliya Xarici İşlər Nazirliyi ABŞ-ın əlləri qandallı qeyri-qanuni braziliyalı mühacirləri deportasiya etməsindən sonra hərəkətə keçib.ABŞ-ın Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eskobar braziliyalı mühacirlərə münasibəti müzakirə etmək üçün nazirliyə çağırılıb.ABŞ-ın müvəqqəti işlər vəkilinə bu rəftarın mühacirlərin hüquqlarına açıqcasına məhəl qoymamaq olduğu bildirilib.Braziliyalı qeyri-qanuni mühacirlərin ABŞ-dan deportasiya edilmək üçün aparıldıqları təyyarədə əlləri qolbaqlı halda görüntülənib.Braziliya hökuməti miqrantların uçuşlar zamanı qandallanmasını vətəndaşlarının hüquqlarına açıq-aşkar etinasızlıq kimi xarakterizə edərək, rəftarı pisləyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта