RU

ABŞ-Ermənistan Strateji sazişi başladı- Kanzas Milli Qvardiyası İrəvandadır...

Image

Azər Həsrət: "... əslində bu, Ermənistanın bir dövlət olaraq özünü başqa bir dövlətin əyaləti səviyyəsində görməsindən xəbər verir"

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin (SS) direktoru - daxili işlər nazirinin müavini Kamo Tsutsulyan ABŞ-ın Kanzas Milli Qvardiyasının komandanı, general-mayor Maykl Venerdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Birləşmiş Ştatlar Ermənistanın Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarında islahatlar və modernləşdirmə səylərini dəstəkləməklə, hüquqlara hörmət edən strukturları təşviq etmək niyyətindədir.

Onu da qeyd edək ki, bu ilin yanvar ayının 14-də ABŞ ilə Ermənistan arasında imzalanan "ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya"nın "Müdafiə və Təhlükəsizlik" adlanan III bölməsində qeyd edilir ki, Birləşmiş Ştatlar Ermənistanın Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarında islahatlar və modernləşdirmə səylərini dəstəkləməklə, hüquqlara hörmət edən strukturları təşviq etmək niyyətindədir: "Bu cür dəstəyin ictimai təhlükəsizliyin təmin edilməsi, sui-istifadə hallarına görə təqsirləndirilən şəxslərin araşdırılması və təqib edilməsi, transmilli cinayət və korrupsiya ilə mübarizə üçün polis hazırlığı və digər tədbirləri əhatə edəcəyi gözlənilir".

Belə çıxır ki, Donald Tramp Baydenin Ermənistanla bağlı imzaladığı sözügedən sənədin icrasına başlayıb?

“Bakı-Xəbər” qəzetinə bu xüsusda açıqlaması zamanı siyasi şərhçi Azər Həsrət bildirdi ki, Donald Trampın hələ Ermənistan coğrafiyası ilə heç bir tanışlığı yoxdur: "Ermənistanla bağlı hansısa addımlar atılırsa, mən əminəm ki, bu, ayrı-ayrı qurumların və ya şəxslərin əvvəlcədən planlaşdırılmış təsəbbüsləridir. Mən güman etmirəm ki, bu səfər sözügedən xartiya çərçivəsində reallaşıb. Hansısa Amerika əyalətinin rəsmiləri başqa bir ölkənin mərkəzi icra hakimiyyəti - nazirliyi ilə işbirliyinə gəlirsə, biz burada daha çox özəl təşəbbüslərdən danışa bilərik. Çunki Amerika Birləşmiş Ştalari ilə Ermənistan arasında əməkdaşlıq xartiyası iki dövlət arasında münasibətlərı özündə ehtiva edir. Hər hansı bir ştatın bu xartiya cərçivəsində addım atması ağılabatan deyil. Üstəlik, bu xartiya hələ yeni imzalanıb, ABŞ-də bu sənəd müəyyən prosedurlardan keçməlidir. Belə sənədlər imzalanan kimi qüvvəyə minib icraya verilmir. Bu baxımdan da inandırıcı deyil ki, Ermənistana səfər edən amerikalı rəsmilər xartıya cərçivəsində gorüş keçirsinlər. Ona görə də bütün bunlar bizi o qədər də narahat etməli deyil. Əgər doğrudan da Amerıkanın hansısa bir ştatı gəlib Ermənistanla bu səviyyədə işbirliyi qurursa, əslində bu, Ermənistanın bir dövlət olaraq özünü başqa bir dövlətin ştatı səviyyəsində görməsindən xəbər verir. Normal dövlət tərəfdaş ölkənin mərkəzi icra hakimiyyəti orqanları ilə bu cür məsələləri müzakirə edər, daha dürub hansısa əyaləti ilə deyil... Kanzas ABŞ-ın bir ştatıdır, o, Tramp adminstrasiyasını təmsil etmir.

Ermənistan özünü əyalət səviyyədinə endirirsə, bu onların öz seçimidir.

Doğrudan da hüquq-mühafizə orqanlarına belə bir çəki-düzən vermək üçün hansısa töhfə verəcəklərsə, bunun heç bir ziyanı yoxdür. Qoy Ermənistanda normal bir sistem olsun, bunun bizə ziyanı yoxdur. Qoy Ermənistanda da qanunlar işləsin, normal hakimiyyət formalaşsın. Görürsünüzmü, zaman keçdikcə daha ağıllı fikirlər səsləndirməyə başlayıblar. Paşinyan özü, hətta qondarma "erməni soyqırımı" haqqında şübhəli danışmağa başlayıb ki, bu "soyqırım" adlandırılan bir şey əvvəllər axı yox idi, bu necə oldu ki, birdən ortaya çıxdı. Bu sualları on illər qabaq Azərbaycan ictimaiyyəti verirdi. Şəxsən mənim bu barədə araşdırmalarım olub ki, bu "soyqırım" deyilən şey haradan çıxıb. Ermənistanın rəhbəri bunu deyirsə, biz buna sevinməliyik. O baxımdan əgər ABŞ-dan kimlərsə gəlib ermənilərə təlim keçmək istəyirlərsə, bu, işin xeyirinədir.

Donald Trampın Ermənistan adlı dövlətlə bağlı hələ ki, bir fikir səsləndirdiyini eşitməmişik. Nə andiçmə mərasimində, nə Davos Forumundakı çıxışında, nə də mediaya verdiyi açiqlamalarda - heç yerdə o, Ermənistanın adını belə çəkmir".

Dəniz NƏSİRLİ





Избранный
15
baki-xeber.com

1Источники