RU

Türkiyədə vəqf sədrinə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olundu

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Mehmet Akkan Suver “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, Vəqf sədrinə medal Azərbaycanın Türkiyədəki səfirliyində təqdim edilib.

Səfir Rəşad Məmmədov bildirib ki, A.Suver yubiley medalına Azərbaycanla Türkiyə arasındakı qardaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə layiq görülüb:

“Onun fəaliyyəti Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına və iki ölkənin daha da yaxınlaşmasına öz töhfələrini verir. Məhz buna görə Prezident İlham Əliyev Akkan Suveri “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı”na layiq görüb".

A.Suver ona göstərilən etimada görə Azərbaycan dövlət başçısına təşəkkür edib: “Bu medal mənim üzərimə böyük məsuliyyət qoyur: insanlara daha çox xidmət etmək, daha çox çalışmaq, daha yaxşı layihələrə imza atmaq”.

Sonra A.Suverin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev və media nümayəndələri iştirak ediblər.

22222
Избранный
11
2
redaktor.az

6Источники