RU

Rusiya strateji təyyarələri Qrenlandiyaya doğru uçdu


Rusiyanın iki Tu-160 strateji raket daşıyıcısı Şimal Buzlu Okeanın neytral suları üzərində planlı uçuş həyata keçirib.

Bakupost.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə yanvarın 28-də Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

“Uçuşun müddəti 11 saatdan çox davam edib. Uzaq mənzilli aviasiya ekipajları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit okean, Qara və Baltik dənizlərinin neytral suları üzərində uçuşlar həyata keçirirlər”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyindən vurğulayıblar ki, Rusiya Aerokosmik Qüvvələrinin (VKS) təyyarələri bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirir.

Bundan əvvəl, 2024-cü il dekabrın 18-də Rusiya Aerokosmik Qüvvələrinin uzaq mənzilli aviasiyasına məxsus iki Tu-95MS strateji raket daşıyıcısı Alyaska sahilləri yaxınlığında neytral sular üzərində planlaşdırılmış uçuş həyata keçirib. Su-35S və Su-30SM qırıcıları raketdaşıyanları müşayiət edib.

Zaur, BakuPost

Избранный
13
bakupost.az

1Источники