RU

Neft Fondunun portfelində AAA reytinqli investisiya alətlərinin payı kəskin azaldı

Dövlət Neft Fondunun istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında “AAA” reytinqli investisiya alətlərinin payı ötən il 2023-cü illə müqayisədə 18,9 faiz azalaraq 49,2 faizə geriləyib.

Teleqraf.com Fondda istinadən xəbər verir ki, investisiyaların 22,5 faizi AA reytinqli, 17 faizi A reytinqli, 10,9 faizi BBB reytinqli, 0,4 faizi isə qeyri investisiya dərəcəli alətlərə yatırılıb.

AAA - kredit qabiliyyətinin ən yüksək səviyyəsidir.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 17 faizi 0-1 il (2023-cü illə müqayisədə 7 faiz bəndi azalma) 29.3 faizi 1-3 il (3.3 faiz bəndi artım), 26.4 faizi 3-5 il (4 faiz bəndi artım), 27.3 faizi isə 5 ildən artıq (0,3 faiz bəndi artım) müddətinə yerləşdirilib.


Müəllif: Bəkir Nərimanoğlu
Избранный
14
teleqraf.com

1Источники