Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Abşeron" "Quba"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 96:94.
Beləliklə, "Abşeron" 1/4 finala vəsiqə qazanıb. Günün ilk matçında NTD "Lənkəran"ı 87:73 hesabı ilə üstələyib.
Bu raundun "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.