RU

Hongqi yeni elektrik sedanını nümayiş etdirir...

...Çinin Hongqi şirkəti növbəti yeni məhsulunun - elektrik sedan Tiangong 05-in şəkillərini dərc edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, avtomobilin daxili bazarda satışına bu ilin sonuna kimi başlanacaq.

Tiangong adlanan xətt üç modeldən ibarət olacaq. Söhbət sedandan əlavə orta ölçülü və tam ölçülü krossoverlərdən gedir.

Bütün modellər eyni platformada qurulub, şirkət də MPV üçün istifadə etməyi planlaşdırır. Əgər sedandan danışırıqsa, avtomobil 286 at gücündə elektrik mühərriki və 550 və ya 750 km məsafəyə (CLTC dövrünə görə) seçmək üçün iki akkumulyator alıb. Maksimal sürət 200 km/saat ilə məhdudlaşır.

Tiangong 05-in dizaynı Hongqi E009 konseptinə əsaslanır. Avtomobil həmçinin fastback tipli kuzovu, Y formalı arxa optikası, idman bamperləri və ön şüşəyə qədər uzanan şaquli xrom zolağı ilə seçilir.

Ölçülər: 4820/1915/1480 mm, təkər bazası 2900 mm. İçəridə siz tablosunda yeganə mərkəzi sensor ekranı, iki düyməli çoxfunksiyalı sükan çarxını və parlaq interyer dizaynını görə bilərsiniz.

Avadanlığa 65 düymlük proyeksiyalı ekran daxildir.

Nazlı Almuradova

Избранный
5
7
sia.az

7Источники