RU

Putin şərt qoydu:Zelenki danışıqlarda iştirak edəcək edə bilər,amma...

Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

 

O deyib ki, Rusiya Ukrayna ilə danışıqlara müharibə başlayandan dərhal sonra başlayıb.

 

Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb.

 

"2022-ci ilin yazında Avropa liderləri Rusiyanı “ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin” qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil", - Putin bildirib.

 

Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub.

 

Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o,Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz.

Избранный
13
50
sfera.az

10Источники