Unicapital
Daxili nəzarət üzrə mütəxəssis
Son tarix 28 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;
- Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;
- Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;
- Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;
- Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;
- Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
- Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik
- Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
Korporativ satış şöbəsinin müdiri
Son tarix 28 fev 2025 [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Korporativ müştərilərlə görüşlər və təqdimatlar keçirilmək;
- Korporativ müştərilərlə əlaqələrin qurulmasını, şirkətin məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
- Müştəri məmnunluğunun təmini məqsədilə müştəri bazası ilə çevik kommunikasiya alətlərini qurmaq, sorğu və müraciətlərin qəbulu üzrə əsas təmas nöqtəsi olmaq;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmət üzrə təklif paketlər hazırlamaq;
- Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Cəlb edilmiş müştərilərin hesab dövriyyələrin artırılması məqsədilə aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;
- Şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
- Korporativ satış ilə bağlı bazar araşdırmaları aparmaq;
- Yeni korporativ müştərilər cəlb etmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları şirkətin müvafiq xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Namizədə olan tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat);
- Azərbaycan və İngilis dillərini səlis bilməli, Rus dili arzuolunandır;
- Korporativ satış üzrə minimum 5 illik iş təcrübəsi;
- Liderlik qabiliyyəti;
- Kommunikasiya bacarıqları;
- Komanda tərkibində işləmək bacarığı.