RU

Qazaxıstan dəmir yolu ilə benzin və dizel yanacağının ixracına qadağa qoyub

İstisnalara qanuna uyğun olaraq əvvəlcədən planlaşdırılan çatdırılmalar, habelə humanitar yardım və ya fövqəladə halların aradan qaldırılması üçün yanacağın çıxarılması daxildir.

Qazaxıstanın Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə əmri ilə benzin və dizel yanacağının dəmir yolu ilə üçüncü ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracına qadağa qoyulub.
 

"Operativ Media" xəbər verir ki, buna səbəb daxili bazarda qıtlığın qarşısını almaqdır.

Yayımlanan sənəddə qeyd edildiyi kimi, qadağa yanvarın 29-dan tətbiq olunacaq və martın 29-dək qüvvədə olacaq. İstisnalara qanuna uyğun olaraq əvvəlcədən planlaşdırılan çatdırılmalar, habelə humanitar yardım və ya fövqəladə halların aradan qaldırılması üçün yanacağın çıxarılması daxildir.

 

Избранный
2
5
operativmedia.az

6Источники