RU

Ermənistan orduya hərbçi yığır: yeni yola əl atdı

Ermənistan ordusunda rütbəli və kiçik rütbəli hərbi qulluqçuların məzuniyyət müddətinin artırılması planlaşdırılır.

Turkustan.az xəbər verir ki, erməni KİV bu addımın orduya maraq artırmaq, yeni hərbçilərin cəlb edilməsini stimullaşdırmaq üçün atıldığını yazır.

Bildirilir ki, hərbçilərə üç bərabər hissəyə bölünəcək 21 günlük məzuniyyətin verilməsi nəzərdə tutulur.

Sərhəddəki hərbi hissələrin əməkdaşlarına isə 30 gün məzuniyyət veriləcək.

12 ay xidmət edən hərbi qulluqçulara xidmətin beşinci ayından sonra tətbiq ediləcək birdəfəlik 10 günlük məzuniyyətin verilməsi gözlənilir. /globalinfo.az/

Избранный
7
turkustan.az

1Источники