Bakı, 29 yanvar, AZƏRTAC
Bu gün Almatıda 5-ci Avropa İttifaqı (Aİ)-Mərkəzi Asiya vətəndaş cəmiyyəti forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Kazinform məlumat paylaşıb. Bildirilib ki, forumda Aİ təsisatlarından, BMT agentliklərindən, regional hökumətlərdən və vətəndaş cəmiyyəti təşkilatlarından 150-dən çox nümayəndə iştirak edir.
Üç gün davam edəcək tədbir Aİ-nin Mərkəzi Asiya üçün yaradılmış Vətəndaş Cəmiyyəti Fondu tərəfindən təşkil olunub.
Forumun gündəliyinə rəqəmsal transformasiya, iqlim dəyişikliyi, gənclər və qadınların səlahiyyətlərinin artırılması kimi regionun gələcəyini formalaşdıran kritik məsələlər daxildir.