1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya lideri Vladimir Putinə qarşı sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında bildirib.
Siyasətçi Putinə qarşı sui-qəsdin hazırlanmasını və belə bir ehtimalın müzakirəsini qlobal təhlükəsizliyə ciddi təhdid və nüvə müharibəsinin başlanmasına birbaşa yol açan cinayət adlandırıb. Volodin vurğulayıb ki, bu, bütün beynəlxalq institutlar üçün araşdırmaya əsas olmalıdır.
Dövlət Dumasının sədri qeyd edib ki, bütün vətəndaşlar Rusiyanın hazırda üzləşdiyi çağırışların və təhdidlərin miqyasını anlamalı və öz məsuliyyətlərini dərk etməlidirlər.
Volodin bildirib ki, prezident Rusiyanın möhkəmlənməsi, sülhün əldə olunması və qlobal təhlükəsizlik məsələlərinin həlli üçün hər şeyi edir.