ABŞ-də yaşayan məşhur türkiyəli aktrisa Ceyda Ateş son zamanlar yayılan virusdan yan qaça bilməyib.
Ceyda sosial şəbəkə hesabında bu halını izləyiciləri ilə bölüşüb.
Aktrisa sözügedən xəstəliyə yoluxduğu üçün özünü yorğun və halsız hiss etdiyini deyib:
"Mən belə bir virus görməmişəm, iki gündür gözümü aça bilmirəm".
Xatırladaq ki, Ceyda Ateş "Adını Feriha Koydum" serialı ilə daha çox məşhurlaşıb. Ona canlandırdığı Hande obrazı böyük uğur gətirmişdi.//Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта