RU

"Bal və balta" misalı: Putin Trampla uzlaşmaya gedərsə, gərginliyik artmayacaq

Ağ Evin yeni administrasiyası Avropa Birliyi ilə razılaşıb ki, onlar Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etsinlər.
Bu barədə “Le Monde” nəşri anonim avropalı məmurun sözlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ABŞ Dövlət katibi Marko Rubio ilk telefon danışığı zamanı belə razılığa gəliblər.

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ABŞ-nin AB ilə birlikdə Rusiyaya qarşı sanksiyaları genişləndirməsi və təzyiqləri artırması məsələsi geosiyasi vəziyyətdən asılı olacaq:

"Tramp və Putin arasında telefon danışığının olması gözlənilir. Əgər bu, uğurla başa çatarsa, sonradan tərəflərin görüşməsi məsələsi də gündəmə gələ bilər. Ağ Evin yeni administrasiyasının məqsədi Rusiyanı sanksiyalarla boğmaq və ya münaqişəni uzatmaq deyil. Əksinə, müharibəni bitirmək üçün ortaq yol tapmağa çalışır. Digər tərəfdən rəsmi Moskva moştivalist mövqe sərgiləyərsə, ABŞ təzyiqlərini davam etdirəcək. Amma Putin Trampla uzlaşmaya gedərsə, gərginliyin artmasından danışmaq olmaz. Əslində məsələ "bal və balta" misalına bənzəyir. Yəni Qərb danışıqlardan öncə ata biləcəyi addımların anonsunu verir. Eyni zamanda tərəflərin yüksək ambisiyadan çıxış etməsi nəticənin əldə olunmasını imkansız hala gətirir. Ona görə də Tramp öncə təzyiq elementlərini ortaya ataraq dialoqa girmək istəyir ki, Rusiyadan daha üstün olsun".
Избранный
10
sherg.az

1Источники