RU

“NRC HL Holmes” mükafatı azərbaycanlı gəncə verildi


2025-ci il üçün iki ildə bir dəfə verilən “NRC HL Holmes” mükafatı Bakı Avropa liseyinin 2009-cü il məzunu doktor  Dayaq Şeyxkərimliyə təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.
Bildirilib ki, mükafat onun kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə verilib.
Məlumata görə, 200 000 ABŞ dolları məbləğində olan mükafat doktor Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək.
Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq.
Qeyd edilib ki, doktor Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.
Избранный
7
yeniavaz.com

1Источники