“Barak Obama və Cennifer Enistonun sevgili olduğu” iddiası ABŞ gündəmini qarışdırıb.
Barak Obamanın həyat yoldaşı Mişel Obamanın həm ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin dəfn mərasiminə, həm də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasiminə qatılmaması ikisi arasında münasibətlərdə problem olduğu haqda şayiələrə səbəb olub.
News24.az The Daily Beast-ə istinadən bildirir ki, mənbələr Mişel Obamanın bu iki tədbirə qatılmamasının müxtəlif səbəbləri olduğunu bildirib və boşanmanın qaçılmaz olduğunu irəli sürüblər.
Yazar Cessika Rid Kraus yanvarın 15-də yazdığı yazıda “Cennifer Enistonun adının aylardır Barak Obama ilə birlikdə hallandırıldığını” eşitdiyini bildirib.
Cennifer Eniston bu iddialardan sonra açıqlama verərək, münasibət dedi-qodularına "Bu, qətiyyən doğru deyil. Obama ilə bir dəfə görüşdüm. Mişeli ondan daha yaxşı tanıyıram" deyərək cavab verib.
İnkar edilən eşq iddiasına baxmayaraq, söz-söhbətlər yenidən gündəmə gəlib, bu dəfə Barak Obama ilə Mişel Obama arasında evlilik mübahisəsi ilə bağlı fərziyyələr də əlavə edilib.
Günel Məlikzadə