Rusiya son iki gündə 90-dan çox İran dronu ilə Ukrayna şəhərlərinə hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələri dünən hücumlar zamanı 65 ədəd, bu gün isə 29 ədəd İran istehsalı "Şahid-136/131" dronunu zərərsizləşdirib.
"AzPolitika.info"