1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə dialoq qurmağa davam edəcək".
Oxu.Az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin nümayəndə heyətinin Dəməşqə səfərinin nəticələrini şərh edərkən jurnalistlərə deyib.
"Bu, vacib səfərdir, bunlar mühüm təmaslardır, çünki Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və bunu saxlamaq lazımdır, biz də bununla məşğuluq və məşğul olmağa da davam edəcəyik", - deyə o bildirib.
Bundan əlavə, Peskov bu danışıqlarda Suriya hakimiyyətinin Rusiyadan etimadın bərpa edilməsi üçün kompensasiya və Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını istədiyi ilə bağlı xəbərləri şərh edib.
"Mən bu suala hər hansı şərh verməyəcəm. Biz gələcəkdə də Suriya hökuməti ilə dialoqu davam etdirəcəyik", - deyə o qeyd edib.