SON DƏQİQƏ: Tramp 709 azərbaycanlını ABŞ-dən deportasiya edir
ABŞ immiqrasiya agentliyi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
“AzPolitika” xarici KİV-lərə istinadla xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da var. Belə ki, siiyahıya 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni,1862 ukraynalı və s.daxildir.
Türkiyə vətəndaşlarının Meksika-Amerika sərhədini qeyri-qanuni keçməsi hallarının artması 2022-ci ildə baş verib.
Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır.
Siyahıya həmçinin 37 908 Çin və 17 940 Hindistan vətəndaşı daxil edilib.
“AzPolitika.info”