1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qəzzada əldə edilmiş atəşkəsin böyük önəmi var və bu atəşkəsə riayət olunmalıdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır.
Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq.