''Fənərbaxça'' Avropa Liqasının əsas mərhələsinin həlledici oyununda sabah ''Midtyullann''ın qonağı olacaq.
''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi pley-offa vəsiqə qazanmaq üçün ən azı uduzmamalıdı. Çətin Danimarka səfəri öncəsi onsuz da heyətlə bağlı çox ciddi sıxıntılar yaşayan ''Fənər''də indi də Joze Mourinyo şoku yaşanır. Belə ki, ünlü portuqaliyalı mütəxəssis UEFA tərəfindən 1 oyunluq cəza alıb! Səbəb isə onun komandasını ötən tur ''Lion'' ilə ev oyununun ikinci hissəsinə 2 dəqiqə gec çıxarmasıdı. Mourinyoya daha öncə bu məqama görə UEFA tərəfindən xəbərdarlıq edilmişdi.
Eyni hal təkrarlanınca Avropanın ali futbol qurumu belə tale yüklü oyundan öncə təcrübəli məşqçini cəzalandırmaq qərarına gəldi. Beləliklə, 62 məşqçi Danimarkada komandanın başında yer almayacaq.
Xatırladaq ki, Türkiyə çempionatının son turunda da Mourinyo cəza üzündən komandanın başında yer almamışdı. ''Sarı-lacivərdlilər'' ''Göztəpə'' ilə oyuna (3:2) Mourinyonun köməkçisi Salvatore Fotinin başçılığı altında çıxmışdı. Heyətə gəlincə, UEFA-ya göndərilmiş iştirak ərizəsində yer alanlardan 7-si komandaya kömək edə bilməyəcək. Oostervolde ilə Bekao zatən mövsümü başa vurublar. Onlardan başqa qapıçı Livakoviç ilə Mərt Müldür zədə, Osayi-Samuel ilə Amrabat cəza üzündən oyunu buraxmalı olacaq. Samet Akaydın isə ''Çaykur Rizəspor''ə yollanıb. Üstəlik son günlər adı transferlərdə hallanan Cengiz Ündərin də iştirak ərizəsinə salınıb-salınmayacağı bilinmir.
Türkiyə çempionatı çərçivəsindəki oyunlarda komandaya böyük fayda verən Oğuz Aydın, Kostiç və Levent Mercan kimi futbolçuların adı isə mövsümün əvvəlindən UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayıb.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта