RU

Tanınmış azərbaycanlı futbolçunun çempion qızı ƏMƏLİYYAT OLDU – FOTOLAR

Tanınmış azərbaycanlı futbolçunun gimnast qızı əməliyyat olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Əslən Azərbaycanın Lənkəran şəhərindən olan məşhur futbolçu Dmitri Kramarenkonun qızı Lalə dizindən əməliyyat olunub.

Rusiyalı gimnast Lalə Kramarenkonun atası Dmitri Kramarenko bildirib ki, qızının dizindən əməliyyat etmək qərarına özü gəlib.

“Əməliyyata gəlincə, mən bir ata kimi Moskvada əməliyyat etdimək qərarına gəldim. Hətta əlaqə saxladığımız aparıcı alman mütəxəssisləri peşəkar idman kontekstində zədəni çox ciddi hesab etdilər. Onlar Lalənin eyni səviyyədə çıxış etməsi üçün cəmi 50 faiz şans verdilər.

Həkimi yaxşı tanıyırıq, onun çoxlu uğurlu əməliyyatları var, qardaşım oğlunu əməliyyat edib. Əməliyyat zamanı menisküsün qismən rezeksiyası aparıldı, o, tamamilə çıxarılmadı. Bu, Laləyə idmana qayıtmaq və çıxışını davam etdirmək imkanı verir.

İddia və ya kompensasiya məsələsinə gəlincə, bu, mənim qaydalarımda yoxdur. Mən heç bir halda bunu etmək niyyətində deyildim və etməyəcəyəm”, – Kramarenko deyib.

Qeyd edək ki, Lalə Kramarenko rusiyalı bədii gimnast, Rusiyanın əməkdar idman ustası, Rusiya milli komandasının üzvü, 2024-cü il Rusiya çempionu, yeniyetmələr arasında üçqat dünya çempionu, komanda hesabında 2021-ci il Avropa çempionudur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
9
2
interpress.az

4Источники