RU

İvan Brkiç: "Onunla yollar ayrıldı, belə olmamalı idi"

"Demək olar ki, "Neftçi"nin hər oyununu izləyirəm. Hesab edirəm ki, 2-3 il əvvəl baş verən dəyişikliklər lazım deyildi".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.

29 yaşlı qolkiper "ağ-qaralar"ın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb: "Mən komandaya gələndə Samir Abasov baş məşqçi idi. Mövsümü ikinci pillədə başa vurduq. Yaxşı idik, amma onunla yollar ayrıldı. Məncə, o vaxt belə şey olmamalı idi. Ondan sonra Laurentsiu Regekampf gəldi. Yenə yaxşı kollektivimiz, sağlam heyətimiz var idi. Bu dəfə üçüncü yeri tutduq. Onunla da vidalaşdılar. Biz bir-birimizi çox yaxşı başa düşürdük. Regekampf kluba uyğun mütəxəssis idi, məncə, qalsaydı, yaxşı nəticə əldə edə bilərdik. Çünki planında daha 2-3 yaxşı oyunçu gətirmək var idi. Bundan sonra nəticələr çox aşağı düşdü, növbəti dəfə altı aydan bir baş məşqçilər dəyişdi. Bütün bunlar belə nəticələrə səbəb oldu. Hazırda komanda 7-ci sıradadır və avrokuboklara vəsiqə qazanmaq istəyir. Bu isə çox kədərlidir".

Xorvatiyalı oyunçu "Neftçi"dən ayrılması barədə bunları söyləyib: "Polşada çıxış etmək istədiyim üçün buradayam. Polşa liqası heyrətamizdir. "Motor" əla klubdur və burada çox gözəl vaxt keçirirəm. "Motor"a gəlməsəydim, "Neftçi"də qalardım".

Qeyd edək ki, 2022-ci ildə "ağ-qaralar"a keçən İvan Brkiç ötən ilin yayında paytaxt təmsilçisi ilə yollarını ayırıb.

İdman.biz

Избранный
12
50
idman.biz

10Источники