"Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev Sportinfo.az-a müsahibə verib.
- 65 oyundan sonra ilk dəfə tribunada yer almaq, yoldaşlarını kənardan izləmək necə hislərdi?
- Əlbəttə, çətin idi. Onu da xüsusi qeyd edim ki, meydanda olanda tribunadakından daha az həyəcanlanırsan.
- Belə uzun müddət sabit oynamağın sirri nədədir?
- Əsas odur zədə olmadı. Və baş məşqçilərin mənə güvənin unutmaq olmaz. Onlara təşəkkür edirəm.
- Ötən mövsüm 36 matçda cəmi 2 sarı vərəqə almışdın. Hakimlərin gözündən qaçmağı necə bacarırsan?
- Hakimlər mənim kobud oyunçu olmadığımı bilirlər (gülür). Onlarla çox danışmıram.
- Daxili yarışlarda 36 görüşə 2 sarı vərəqə aldığın halda, avrokuboklarda "Fehervar"la matçda 32 dəqiqədə 2 sarı vərəqə aldın. Bizim hakimlərin daha mərhəmətli olduğunu demək olar?
- Macarlarla görüşdə hakimin 26 yaşı vardı. Avrokuboklarda ilk görüşü idi. 30 dəqiqə ərzində 2 qayda pozuntusuna görə 2 sarı vərəqə verdi. Həmin vərəqlərdən sonra daha diqqətli oynamağa başlamışam.
- Növbəti tur rəqib "Araz-Naxçıvan"dı. Gözləntilərin nədən ibarətdir?
- "Araz" yaxşı mövsüm keçirir. Amma biz evdə oynayacağıq. Hər oyunda olduğu kimi meydana qələbə qazanmaq üçün çıxacağıq.
XANOĞLAN İMANOV