İsrail hökuməti qəbul etmədiyi məhbusları Türkiyə və Qətərə göndərəcək.
Turkustan.az xəbər verir ki, bu iddianı “The Times of Israel” qəzetinə danışan iki İsrail rəsmisi səsləndirib.
Onlar İsrail-Həmas arasında girov müqaviləsi çərçivəsində azad edilən və daha sonra Misirə deportasiya edilən əsir fələstinlilərin Qətər və Türkiyəyə göndəriləcəyini açıqlayıb.
İsrail qovulmuş Fələstin rəsmilərinin Qəzzaya və İordan çayının qərb sahilinə göndərilməsini istəmədiyini bəyan edib.
Bildirilib ki, Misir hökuməti ötən həftə azad etdiyi məhbusları hazırda müvəqqəti olaraq Qahirədə qəbul edir.
Ərəb diplomatlar da Türkiyənin təxminən 15 fələstinlini qəbul etdiyini və qalan əsirləri qəbul etmək üçün Qətərdən cavab gözlədiklərini bildiriblər.
Müqaviləyə əsasən deportasiya edilən məhbusların öz xahişi ilə sonradan başqa ölkə tərəfindən qəbul edilməsi tələb oluna bilər./publika.az