Bakı. Trend:
Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsimüzakirə edilib.
Trend xəbər verir ki, bunu bu gün iqtisadiyyatnaziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabındabildirib.
"Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri,həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq. Azərbaycan –Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarətdövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrinfəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərəçatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyəgörə təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.