RU

Pep Qvardiola ilə Qurban Qurbanovun ortaq dərdi: “Cavab ver”

“Bu avrokubok mövsümü “Qarabağ”ın oyunçularına da. məşqçi heyətinə də dərs olmalıdır”.

"Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğlu “köhlən atlar”ın Avropa Liqasının Liqa mərhələsində 7 tura 6 məğlubiyyət almasına sərt münasibət bildirib.

Qitənin ikinci dərəcəli yarışmasının yeddinci turunun matçlarından sonra növbəti mərhələdə iştirak hüququ əldə edən daha 8 klub müəyyənləşib.

Bunadək "Latsio", "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray" və "Mançester Yunayted" ən az pley-offda iştirakı rəsmiləşdirmişdi.

"Latsio"nun birbaşa 1/8 finalda mübarizə aparacağı dəqiqləşib.

Həmçinin Bakıda "Qarabağ"ı məğlub edən FCSB-nin, eyni zamanda "AZ Alkmaar", "Bodo-Qlimt", "Viktoriya", "Olimpiakos", "Reyncers", "Tottenhem" və "Union"un pley-offa vəsiqə əldə etdiyi məlum olub.

Son - 8-ci turda pley-off üçün qalan 9 yer uğrunda 14 klub mübarizə aparacaq.

Bunlar "Ayaks", PAOK , "Real Sosyedad", "Midtülland", "Elfsborq", "Roma", "Ferentsvaroş", "Fənərbaxça", "Beşiktaş", "Portu", "Tvente", "Braqa", "Hoffenhaym" və "Makkabi"dir (Tel-Əviv). RFŞ, "Slaviya", "Malmö", "Ludoqorets", "Qarabağ", "Nitsa" və "Dinamo"nun (Kiyev) isə Avroliqa ilə vidalaşacağı dəqiqdir.

Avropa Liqasında son turun matçları yanvarın 30-da keçiriləcək. Yanvarın 31-də isə pley-off mərhələsinin püşkü atılacaq.

Tanınmış telejurnalist deyib ki, qeydə alınan nəticələr “Qarabağ”ın nəticə çıxarmalı olduğu bir dərsdir:

“Müasir futbol yeniliyi, daim axtarışda olmağı, yeni kəşfləri, sürprizləri sevir.

Qvardiola Qavardioladır. “Mançester Siti” də dünya futbolunun nəhəngidir. Onları belə, rəqibləri çözüb, bu mövsüm zərərsizləşdiriblər.

Qurban Qurbanov da artıq daha üst bir mərhəlıəyə özünü hazırlamalıdır. Peşəkar idmanın qaydası belədir: dünənə görə çox sağ ol, bugünkü nəticəyə görə cavab ver”.

Избранный
10
50
sportinfo.az

10Источники