Bakı, TurkicWorld
Livanın cənubunda işğalını davam etdirən İsrail ordusunun son iki gündə təşkil etdiyi hücumlarda 41 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir.
Məlumata əsasən, İsrailin Livanın cənubundakı Sur şəhərinin Məcdel Selem qəsəbəsində Livan xalqını hədəfə aldığı hücumda 5 nəfərin yaralandığı, dünən ki hücumlarda isə 36 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, yanvarın 26-da Livanın cənubundan çəkilməli olan İsrail ordusu geri çəkilmə prosesinin 60 gündən çox sürdüyünü və bu vəziyyətin razılaşmaya keçdiyini iddia edib.
Livan rəsmiləri isə atəşkəs razılaşmasında nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq geri çəkilməyən İsrailə qarşı tədbirlər və diplomatik təzyiqlərdən narahatdır.