Ermənistanda respondentlərin təxminən 55%-i respublikanın Avropa İttifaqına qoşulması haqqında ölkə hökuməti tərəfindən təsdiq edilmiş qanun layihəsinə müsbət yanaşır.
Oxu24.com xəbər verir ki,bu, GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.
Respondentlərin 23%-i Aİ-yə üzvlük haqqında qanun layihəsinə tamamilə müsbət yanaşır, 31,9%-i isə kifayət qədər müsbətdir. Respondentlərin 12%-i kifayət qədər mənfi, 19,3%-i tamamilə mənfi, 13,8%-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələrinə görə, 51% Ermənistanın yaxın 10 il ərzində Aİ-yə üzv olacağına inanır, 40% inanmır.
Bundan əlavə, respondentlərin 27%-i hesab edir ki, Ermənistanın Aİ-yə üzv olmaq istəyi və ABŞ-la imzalanmış strateji tərəfdaşlıq xartiyası Ermənistanın təhlükəsizlik səviyyəsini artıracaq, 24,2%-i isə bunun respublika üçün yeni risklər yaradacağına inanır.
Sorğu yanvarın 20-dən 22-dək 1100 nəfər arasında aparılıb.
Nigar