Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Məzahir İmanova məxsus birmərtəbəli yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Lakin 63 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanaraq kül olub.
Son Yazılar:
- Cəlilabadda ev yanaraq külə DÖNDÜ
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verildi
- Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə YEKUNLAŞDI
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.