RU

Kreml qonşumuzda da "Rus Evi" açır

Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq Mərkəzi 2026-cı ilə qədər İranda “Rus Evi” açacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Sputnik İran” məlumat yayıb.

“Mərkəz Tehranda Rus Mədəniyyət Mərkəzinin açılması ilə bağlı praktiki məsələlərin işlənib hazırlanmasına başlayıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Rus Evinin açılması vətəndaşların rus dilini öyrənmək ehtiyacını ödəyəcək və Rusiyanın Tehranda mədəni və humanitar mövcudluğunu genişləndirəcək.

Избранный
7
2
sitat.info

3Источники