23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
Həmin dairədən namizəd Cəmilə Əlişeva bildirib ki, məntəqə komissiyanın üzvləri seçki nətivələri protokolunu sabah verəcəklər: "Bu, ciddi qanun pozuntusudur. MSK-ya şikayətimi bildirdim".
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.