RU

Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı daha iki il uzadıldı

Avropa İttifaqının səfirlərinin Ermənistandakı missiyası iki il uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News.Armenia” məlumat yayıb.

Bildirilib ki, Aİ-nin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə- 2027-ci il fevralın 19-dək uzatmağa razılaşıblar.

Qeyd edək ki, missiyanın tərkibi və üzvlərinin sayı dəyişməz qalıb. Hazırda 165 xarici və 44 yerli müşahidəçi daxildir.

Избранный
12
17
qafqazinfo.az

10Источники