RU

"Qarabağ"ın zəif olması ilə bağlı fikirlər... - Luis

“Qarabağ” yaxşı komandadır. Bu kollektivi zəif hesab etmirəm.

Axar.az xəbər verir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendiribal Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Qarabağ"la keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis qol vurmaq üçün bütün fürsətlərdən istifadə edəcəklərini bildirib:

"Rəqibin künc zərbələri zamanı zəif olması ilə bağlı fikirlər var. Açığı, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Amma qalib gəlmək istəyirik. İlk səkkizlikdə yer almaq bizim əldə edəcəyimiz nəticədən asılı deyil. Qələbəmizi qazanıb, digər oyunların nəticələrini gözləməliyik".

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.

Избранный
4
4
axar.az

10Источники