RU

Daha bir stomatoloqdan ŞİKAYƏT – “1500 manatımı alıb, süründürür”

ATU-nu bitirmədən, göbələk kimi çoxalan “smatoloq, implantoloq, vinir düzənlərdən” şikayətlər artmaqdadır.

Doktorm.az xəbər verir ki, Səbinə Əliyeva adlı pasiyent Zeynal Allahyarov adlı stomatoloqun onu aldatdığını və aylardır aldığı pulu geri qaytarmadığını bildirir.

S. Əliyeva bildirir ki, həkim ona vinir diş qapaqları düzəltməliydi. Dəfələrlə polisə şikayət etmək istəsə də, baş həkimin xahişi ilə etməyib.

“ Özünü doktor adlandıran Zeynal Allahyarov 1500 manatımı alıb, amma heç bir müalicə etməyib, heç bir iş görməyib. Amma pulumu da qaytarmır. Özü də heç həkim deyil, tibbi bitirməyib. Hər dəfə yazıram, məni yola verir. Pulu xərcləyib. Klinikada da olmadığını deyir. Mənim kimi heç kim aldanmasın”./medicina

Избранный
4
1
Doktorm.az

2Источники