RU

"FED" pul siyasətinin icrası ilə bağlı qərarlarını açıqlayıb

ABŞ Federal Ehtiyat Sistemi pul siyasətinin icrası ilə bağlı qərarlarını açıqlayıb.

Valyuta.Az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi ("FED") yanvarın 29-da Federal Açıq Bazar Komitəsinin ("FOMC") bəyanatında elan edilmiş pul siyasətinin icrası ilə bağlı aşağıdakı qərarları qəbul edib:

Federal Ehtiyat Sisteminin İdarə Heyəti yanvarın 30-dan etibarən ehtiyat balanslarına görə ödənilən faiz dərəcəsini 4,4 faiz səviyyəsində saxlamaq qərarına yekdilliklə səs verib.

"FOMC", Nyu-York Federal Ehtiyat Bankının Açıq Bazar Əməliyyatları Şöbəsinə aşağıdakı daxili siyasət göstərişlərinə uyğun olaraq, yeni göstəriş verilməyənədək Sistemin Açıq Bazar Hesabı çərçivəsində əməliyyatlar aparmağı tapşırıb:

- Yanvarın 30-dan etibarən federal fondlar faiz dərəcəsini 4,25 - 4,5 faiz hədəf diapazonunda saxlamaq üçün açıq bazar əməliyyatları həyata keçirmək.

- Gecəlik "repo" (repurchase) əməliyyatlarını minimum 4,5 faiz faiz dərəcəsi ilə və ümumi əməliyyat limiti 500 milyard dollar olmaqla icra etmək.

- Gecəlik əks-"repo" (reverse repurchase) əməliyyatlarını 4,25 faiz faiz dərəcəsi ilə və hər bir tərəf üçün gündəlik 160 milyard dollar həddi ilə həyata keçirmək.

- Federal Ehtiyat Sisteminin portfelindəki xəzinə istiqrazlarından hər ay yetişmə tarixinə çatanların 25 milyard dolları keçən hissəsini hərracda yenidən dövriyyəyə buraxmaq. Bu limit çərçivəsində kuponlu istiqrazları yenidən yerləşdirmək və əgər kuponlu istiqrazların əsas məbləğ ödənişləri aylıq həddi aşmasa, xəzinə bonlarını geri ödəmək.

- Agentlik borcları və ipoteka ilə təmin olunmuş qiymətli kağızlardan ("MBS") daxil olan əsas məbləğ ödənişlərinin aylıq 35 milyard dolları keçən hissəsini, ödəniş müddəti üzrə uyğunluğunu qorumaq üçün xəzinə istiqrazlarına yenidən investisiya etmək.

- Əməliyyat məqsədilə tələb olunduqda, yenidən investisiya ediləcək məbləğlərdə cüzi dəyişikliklərə icazə vermək.

- Federal Ehtiyat Sisteminin agentlik "MBS" əməliyyatlarının icrasını asanlaşdırmaq üçün "dollar roll" və kupon mübadiləsi əməliyyatları aparmaq.

Bundan əlavə, Federal Ehtiyat Sisteminin İdarə Heyəti ilkin kredit faiz dərəcəsini mövcud səviyyədə - 4,5 faizdə saxlamaq qərarını yekdilliklə təsdiqləyib.

Bu məlumatlar, Federal Açıq Bazar Komitəsi və ya İdarə Heyətinin Federal Ehtiyat Sisteminin pul siyasətini icra etmək üçün istifadə etdiyi alətlər və yanaşmalarla bağlı gələcək qərarlarını əks etdirmək üçün müvafiq şəkildə yenilənəcək.

Rəhim

Избранный
9
22
valyuta.az

10Источники