RU

Türkiyə bu gəncin ölümünü danışır - Həkim məsuliyyətsizliyi?

Türkiyənin Afyonkarahisar şəhərində 38 yaşlı gənc qrip şikayəti ilə üz tutduğu özəl klinikalardan birində vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 13-də baş verib. İddiaya görə, Mehmet Gündoğan adlı gəncə müayinə edilmədən “sarı serum” (red.- B12 vitamini ilə zənginləşdirilmiş venadaxili inyeksiya) qoşulub.

Bu zaman onun vəziyyəti pisləşib və o təcili reanimasiyaya yerləşdirilib. 20 saat reanimasiyada qaldıqdan sonra onun həyatını xilas etmək mümkün olmayıb .

Xanımı Songül Gündoğan isə bildirib ki, yoldaşı tibb məntəqəsinə gedəndə nəfəs darlığı şikayəti olub:

“Heç bir müayinə etmədən ərimə “sarı serum” qoşublar. Təəssüf ki, vurulan sarı zərdab ərimi 20 saata əlimdən aldı. Ondan “allergiyan varmı?” deyə soruşdular. Yoldaşım “bilmirəm” desə də, heç bir analiz aparmadan inyeksiya etdilər”.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Gəncin ölümü Türkiyə mediasında geniş müzakirələrə yol açıb./Qafqazinfo

Избранный
8
1
bakivaxti.az

2Источники