İsrail Rusiya istehsalı olan silahları Ukraynaya verəcək.
Parol.az xəbər verir ki, Təl-Əviv Rusiya istehsalı olan silahları Kiyevə ötürməyi planlaşdırır.
Ukraynanın İsraildəki səfirliyinin “Facebook”da yazdığına görə, bunu Ukraynanın səfiri Yevgeni Korniyçuka İsrail xarici işlər nazirinin müavini Şarren Haskel görüş əsnasında deyib.