Alimlər müəyyən ediblər ki, Süni İntellektin modellərinin əksəriyəti solçu müəlliflərin yanaşmalarına əsaslanır.
Teleqraf.com xəbər verir ki, eksperimentin nəticələri Hugging Face portalında yerləşdirilib.
Müstəqil ekspertlər Federiko Riççuiti və Çezare Skalia bir çox Sİ modellərinin siyasi baxışlarını sınaqdan keçiriblər. Eyni zamanda onlar çat-botlardan müxtəlif sağçı, ya solçu prezidentliyə namizədlərə səs verə biləcəklərini soruşublar. Əksər halladar Sİ solçu namizədlərə üstünlük verib.
Hər çat-bot modeli 100 dəfə sorğuya cəlb edilib. GPT-4-Turbo, GPT-3.5-Turbo, Claude-3-Opus, Llama-3-70B-Chat, Mixtral-8×7B-Instruct, OpenChat-3.5-1210 sınaqlara cəlb olunub. Onların demək olar ki, hamısı Trampa deyil, Baydenə səs veriblər. Tramp yalnız "Mixtral-8×7B" çat-botunun soğrusunda "qalib gəlib" - burada Tramp 53, Bayden "səs alıb".