ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra feysbuk və instaqram səhifələrinin bloklandığına görə “Meta” korporasiyasından 25 milyon dollar təzminat alacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında razılaşma imzalanıb. Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək.
Xatırladaq ki, Zukerberqin rəhbərlik etdiyi “Meta” Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb.