ABŞ-nin müdafiə naziri Pit Heqset Panama kanalında naviqasiya azadlığını təmin etmək üçün hərbi güc tətbiqini istisna etməyib.
“Far.Az” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri “Fox News” telekanalının efirində bildirib.
O, Vaşinqtonun hərbi güc tətbiq etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib:
“Mən irəli gedərək nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə danışmaq istəmirəm. Strateji qeyri-müəyyənlik vacib bir şeydir. Lakin Müdafiə Nazirliyinə aid olub-olmamasından asılı olmayaraq Panama kanalında naviqasiya azadlığına malik olacağıq. Əgər onlar digər ölkələrin blok edə bilməyəcəyi pulsuz və maneəsiz girişi təmin etmirlərsə, onda biz Panama kanalında sərbəst naviqasiyanı təmin etmək üçün lazım olan hər şeyi etmək hüququmuzu özümüzdə saxlayırıq”.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.