RU

ABŞ Rusiyanın Şimal sərhədlərinə qoşun yığır

Norveç Universitetinin professoru Qlenn Diesen özünün “X”  sosial hesabında maraqlı paylaşım edib.

KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, iddiaya görə, hazırda Finlandiya və digər Skandinaviya dövlətləri Amerika qoşunlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsinə şərait yaratmaq üçün fəal işləyir. O qeyd edib ki, Norveçdə Amerika hərbçiləri üçün ən azı 12 baza yaradılacaq. İsveç və Finlandiya bu yolla gedəcək və ərazilərinin bir hissəsini müttəfiqlərin nəzarətinə verəcək. “Orada infrastruktur yaradılacaq ki, ABŞ qoşunlarını tez bir zamanda Rusiya sərhədlərinə köçürmək mümkün olsun”, – deyə Diesen əlavə edib.

O vurğulayıb ki, Qərbin Şimalda əsas məqsədi NATO-nun Şimal Buzlu okean və Baltik dənizində mövcudluğunu gücləndirməklə Rusiyaya təhlükə yaratmaqdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
9
16
konkret.az

10Источники