RU

Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq

İrəvan bilir ki, Ermənistanın Avropa İttifaqına daxil olması Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına və bu ölkə üçün Aİİ bazarının bağlanmasına gətirib çıxaracaq.

Ulusal.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Burada həll yolu çox aydındır. Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması demək olacaq. Əks halda, Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək, bu, göz qabağındadır”, – Baş nazirin müavini deyib.

O, aydınlaşdırıb ki, Ermənistan üçün “Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq Aİİ ilə gömrük və gömrük tarifinə qayıdış demək olacaq”.

“Bizim üçün, əlbəttə ki, bu, Avropa İttifaqına qoşulmanın başlanğıcının Aİİ-dən çıxışın başlanğıcı olduğuna işarədir”, – Overçuk qeyd edib.

O əmindir ki, “bu iki inteqrasiya birliyinin necə qurulduğuna az da olsa bələd olan hər bir şəxs üçün hər şey tamamilə aydındır”. “Burada onlar (erməni tərəfi) dəqiq bilirlər ki, nəticələri belə olacaq. Heç kim üçün illüziya yoxdur”, – baş nazirin müavini vurğulayıb. Onun fikrincə, “İndi Ermənistanda gedən müzakirələrdə hansısa həll yolunun tapılacağını iddia edənlər, yumşaq desək, erməni xalqını çaşdırırlar”.

Overçuk qeyd edib ki, Ermənistanın Aİ-yə qoşulması prosesi uzun çəkəcək və Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələrin nəticələrini gözləmək lazımdır.

Избранный
4
2
moderator.az

10Источники