ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Takotna qəsəbəsindən 15 km cənub-qərbdə yerləşib.
Ocaq 8,8 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.