RU

Sümükləriniz beton, dəriniz mərmər kimi olacaq: Canan Karatay ən təbii və güclü kollageni açıqladı

Sümükləriniz beton, dəriniz mərmər kimi olacaq:

Prof. Dr. Canan Karatay sağlam və gənc dəri üçün təbii kollagen mənbələrinin əhəmiyyətini vurğulayıb. O, kollagen həblərinin və maye əlavələrinin təsirsiz olduğunu bildirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Karatay kollagenin faydalı olması üçün C vitamini və təbii yağlarla birlikdə qəbul edilməli olduğunu qeyd edib.

Ən güclü təbii kollagen mənbələri olaraq kəllə paça və sümük suyunu tövsiyə edib. Bu qidalar kollagenlə yanaşı, orqanizmin faydalanması üçün vacib olan C vitamini və sağlam yağları da ehtiva edir. Kollagenin orqanizmdə düzgün istifadə edilməsi üçün yağ və protein balansının vacib olduğunu bildirib.

Qırmızı ət və quzu pirzolasının balanslı şəkildə istehlak edilməsinin önəmli olduğunu qeyd edib. Yağsız protein istehlakının faydasız ola biləcəyini vurğulayıb. Dərinin sağlamlığını qorumaq üçün soyuq sıxılmış zeytun yağının istifadəsini tövsiyə edib. Zeytun yağının dərini qidalandırdığını, yumşaltdığını və müqavimətini artırdığını bildirib.

Ətirli kremlərin və kimyəvi tərkibli məhsulların təsirinin keçici olduğunu qeyd edib. Dəriyə qulluqda təbii üsullardan istifadə etməyin vacib olduğunu vurğulayıb. Zeytun yağının dərini məxməri və hamar etdiyini söyləyib. Bu yağın dəriyə çəkildikdə tez əmilərək parlaq bir görünüş verdiyini bildirib.

Dərinin sağlam olması üçün kollagen əlavələri əvəzinə təbii qidalara üstünlük verilməli olduğunu qeyd edib. Kimyəvi tərkibli məhsullardan uzaq durmağın vacibliyini vurğulayıb.

Orqanizmin təbii yollarla kollagen istehsal etməsi üçün düzgün qidalanma rejiminin əhəmiyyətini bildirib. Sağlam və gənc görünüş üçün təbii qidaların müntəzəm istehlak edilməsini tövsiyə edib. Kollagenin təsirli olması üçün təkcə əlavələr deyil, bütöv bir qidalanma strategiyası tətbiq edilməlidir. Karatayın fikrincə, sağlam dəri və güclü sümüklər üçün təbii kollagen mənbələrindən istifadə olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
8
50
e-saglam.az

10Источники