RU

"Bu, faciədir"

Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika lideri adından yayılan yazılı bəyanatında deyilir.

"Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam", - ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. /Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
1
olaylar.az

10Источники