RU

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb.

Publika.az lent.az-a istinadla xəbər verir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, “Soyuzdorstroy” şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və “MTU Saturn”un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.

Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham edilib və Sadıqovla birlikdə onun işi üzrə tutulublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.

Избранный
4
publika.az

1Источники